Füzuli şəhərində böyük mərkəzi park SALINACAQ

Füzuli şəhərində böyük mərkəzi park SALINACAQ

Hazırda oxunan: Füzuli şəhərində böyük mərkəzi park SALINACAQ

216106

Ölkə rəhbərliyinin tapşırığı və Mədəniyyət Nazirliyi ilə birlikdə bu yaxınlarda Qarabağda memorial komplekslərin yaradılması layihəsinə maliyyə dəstəyini ayırmağa başlayacağıq.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Füzuli şəhərində çox böyük mərkəzi parkın salınması, onun ərazisində müxtəlif obyektlərin, o cümlədən restoranların, oyun və idman meydançalarının, körpülərin və digər obyektlərin tikintisinə yaxın vaxtlarda başlanacaq.

“Bu işlər hazırda ekspertiza mərhələsindədir. Eyni zamanda, fondun dəstəyi ilə Füzuli şəhərində və Zəngilan rayonunda ekologiya ilə bağlı bir layihəmiz olub”, - deyə R.Hacıyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO