Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini vəzifəsində çalışmış məşhur general Hüseyn Əlixanova ağır itki üz verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, onun qardaşı, tanınmış dramaturq və tərcüməçi Vaqif Əlixanlı vəfat edib.
81 yaşlı ədib ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə “Space”, ABA, “Lider” və ANS TV-də baş redaktor vəzifəsində işləyib. 2013-cü ildən 2021-ci ilədək isə Yazıçılar Birliyinin orqanı olan “Qobustan” incəsənət jurnalının baş redaktoru olub.
Bizim.Media