Son günlər Azərbaycanın bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.
O bildirib ki, intensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş verməsinə ehtimallar yaradıb:
"Yağıntılar nəticəsində respublikanın bir sıra ərazilərinin avtomobil yollarında, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı avtomobil yollarının keçdiyi yerlərdəki mövcud sürüşmə sahələrində aktivləşmənin baş verməsi ehtimalı yüksəkdir. Bu səbəbdən həmin istiqamətlərdəki yollardan keçərkən ehtiyatlı olmağı, əgər alternativ varsa, digər yollardan istifadəni tövsiyə edirik".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:49 / 15.10.2024
Bu ərazilərdə sürüşmə ola bilər – RƏSMİ
Hazırda oxunan: Bu ərazilərdə sürüşmə ola bilər – RƏSMİ
Hazırda oxunan: Bu ərazilərdə sürüşmə ola bilər – RƏSMİ
216102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.