"Motosikletimi apardılar, yerini demədilər" - VİDEO

"Motosikletimi apardılar, yerini demədilər" - VİDEO

Hazırda oxunan: "Motosikletimi apardılar, yerini demədilər" - VİDEO

216096

Bakıda yaşayan vətəndaş "Gənclik Mall" ticarət mərkəzinin qarşısında park etdiyi şəxsi motosikletinin yol polisi tərəfindən heç bir səbəb göstərilmədən cərimə meydançasına aparıldığını iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə motosiklet sahibi Elxan İsmayılov oxu.az-a müraciət edib.

O, qeyd edib ki, motosikletinin dövlət nömrə nişanı və sənədləri qaydasında olub və heç bir qayda pozuntusuna yol verməyib. Buna baxmayaraq, polis əməkdaşları motosikleti cərimə meydançasına apararkən nə bir izahat verməyiblər, nə də protokol tərtib etməyiblər.

Vətəndaş bildirib ki, hadisə yerində Təhlükəsiz Şəhər Xidmətinin kameraları var və görüntülərə baxmaqla məsələyə aydınlıq gətirmək mümkündür.

"Üç gündür ki, aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə, Daxili İşlər Nazirliyinin qaynar xəttinə və prokurorluğa müraciət etsəm də, hələlik heç bir nəticə yoxdur. Motosikletin yerini özüm çətinliklə tapmışam, yerini də deməyiblər. Motosikletim Badamdarda, Qurd qapısı tərəfdəki duracaqdadır", - deyə vətəndaş bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO