Qazın, işığın və suyun tez-tez kəsilməsi istehlakçıların hüqunu POZUR? - HÜQUQİ İZAH

Qazın, işığın və suyun tez-tez kəsilməsi istehlakçıların hüqunu POZUR? - HÜQUQİ İZAH

Hazırda oxunan: Qazın, işığın və suyun tez-tez kəsilməsi istehlakçıların hüqunu POZUR? - HÜQUQİ İZAH

216080

Bu gün vətəndaşların narazı olduqları məqamlardan biri də ölkə ərazisində, xüsusilə, paytaxtda suyun, qazın və ya işığın tez-tez kəsilməsidir. Elə oktyabrın 13-də təmir-quraşdırma işləri ilə əlaqədar Mərdəkan, Şüvəlan qəsəbələrinin bir hissəsində, Nərimanov rayonu C.Hacibəyli küçəsində, Sabunçu rayonu Pirşağı qəsəbəsində qaz təchizatıyla bağlı yaranan müvəqqəti fasiləylə bağlı vətəndaşlara xəbərdarlıq edildi.

Ərazilərdə vaxtaşırı olaraq qazın, suyun və işığın kəsilməsi xəbərdarlıqla, olsa belə, hər ay vaxtında kommunal xidmətləri ödəyən istehlakçıların hüquqlarını pozur. Bəzən bu hallar xəbərdarlıq edilmədən belə baş verir. Üstəlik bu halın intensivləşməsi və adət halını alması istehlakçıların narazılığını artırıb.

Maraqlıdır, məsələ qanunvericilikdə necə tənzimlənir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova bildirib ki, qaz, elektrik enerjisi və su təchizatının dayandırılması ilə bağlı proseslər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və normativ hüquqi aktları əsasında tənzimlənir. Bu tənzimləmələr istehlakçıların hüquqlarının qorunması, təchizatçıların qanuni öhdəliklərinin yerinə yetirilməsi və təchizat dayandırmalarının qanun çərçivəsində həyata keçirilməsini təmin edir:
 

MÖVZU İLƏ BAĞLI:

İnhisarçılığa qarşı mübarizədə MÜHÜM ADDIM - Yeni Agentlik nəyi DƏYİŞƏCƏK?


“Bu sahədə fəaliyyət göstərən təchizatçı qurumların təchizat dayandırmaları barədə qərarları yalnız qanunvericiliyin müvafiq maddələrinə və normativ hüquqi aktlara əsaslanmalıdır”.

Bəs təchizatlar hansı hallarda dayandırıla bilər?

“Qaz, işıq və su təchizatı yalnız müəyyən qanuni hallarda dayandırıla bilər. Bu hallar adətən texniki təmir işləri, qəza vəziyyətləri və ya istehlakçı tərəfindən ödənişlərin gecikdirilməsi ilə bağlı olur.  Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ aktlarına əsasən,  belə hallarda təchizatçı istehlakçını əvvəlcədən məlumatlandırmaqla öhdəliklərini icra etməlidir. Xüsusilə, təmir və ya profilaktik işlər zamanı istehlakçılara təchizatın dayandırılmasının səbəbləri və müddəti haqqında əvvəlcədən məlumat verilməlidir”, -deyə müsahibimiz əlavə edib.

Əgər təchizat qanunsuz şəkildə dayandırılarsa, istehlakçı nə etməlidir?

Hüquqşünas bu məsələyə də toxunub. O, qeyd edib ki, istehlakçılar hər hansı qanunsuz təchizatın dayandırılması ilə qarşılaşdıqda ilk növbədə təchizatçıdan dayandırmanın səbəbləri və qanuni əsasları barədə yazılı şəkildə məlumat tələb edə bilərlər:

“Əgər bu tələblərə cavab verilməsə və ya istehlakçı hüquqlarının daha geniş şəkildə pozulduğunu  hesab edərsə,  qanunvericilikdə nəzərdə tutulmuş hüquqi vasitələrdən istifadə edə bilər.

Hüquqi baxımdan istehlakçının hüquqlarının pozulması ilə bağlı şikayət vermə hüququ var və bu şikayətlərin icrası müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Hüquqi müdafiə mexanizmləri istehlakçıya həm maddi, həm də mənəvi zərərlərin ödənilməsi üçün müraciət etməyə imkan verir. Qanunsuz dayandırma hallarında istehlakçılar öz hüquqlarını tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər”.

Aytac Qurbanovanın sözlərinə görə, təchizatçı qurumlar qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirməli, təchizat dayandırmaları zamanı istehlakçıların hüquqlarını təmin etməlidirlər.

Onlar təchizatın dayandırılması ilə bağlı hər hansı hüquqi pozuntunun  qarşısını almaq üçün müvafiq tədbirlər görməlidirlər:

“Qanunsuz dayandırmalar və ya istehlakçıların haqsızlıqla üzləşməsi hallarında təchizatçı qurumların məsuliyyəti qanunvericiliklə müəyyən edilib.

İstehlakçıların hüquqlarının qorunması və təchizatçıların qanunvericiliyə uyğun fəaliyyət göstərməsi təchizat dayandırılması proseslərinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsini tələb edir. İstehlakçılar hüquqlarının pozulduğunu hesab etdikdə qanuni yollardan istifadə etməklə öz hüquqlarını müdafiə edə bilərlər.

Təchizatçıların və istehlakçıların qarşılıqlı hüquq və vəzifələri yalnız qanunvericilik çərçivəsində tənzimlənir və hər iki tərəfin hüquqları balanslaşdırılmalıdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO