30 nəfərdən rüşvət alan məktəb direktoru İŞDƏN ÇIXARILDI - ÖZƏL

30 nəfərdən rüşvət alan məktəb direktoru İŞDƏN ÇIXARILDI - ÖZƏL

Hazırda oxunan: 30 nəfərdən rüşvət alan məktəb direktoru İŞDƏN ÇIXARILDI - ÖZƏL

21607

İşçilərindən rüşvət almaqda ittiham olunan məktəb direktoru Samirə Əkbərovanın işindən kənarlaşdığı bildirilir.

Bu barədə Bizim.Media-ya məlumat verən mənbənin sözlərinə görə Təhsil Nazirliyinin müvafiq əmri ilə Samirə Əkbərova direktor vəzifəsindən çıxarılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

30 nəfərdən rüşvət alan məktəb direktorundan AÇIQLAMA – “Nəyi araşdırmaq istəyirsiz?”


Adı rüşvət qalmaqalında keçən Abşeron rayon Təhsil Şöbəsinin  müdiri Nazilə Məmmədovaya isə töhmət verilib. Mənbə qeyd edib ki, işdən çıxarılan direktor hələki nazirliyin bu barədə əmrindən xəbərsizdir. 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məsələyə mövqe bildirməyib. Qurum rəsmisi məlumat almaq üçün bizi Abşeron Rayon Təhsil Şöbəsinə yönləndirib. 

Təhsil Şöbəsinin isə mövqeyi belə olub:

“Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəb barəsində daxil olan şikayətlər araşdırılıb və müvafiq təkliflər hazırlanıb. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın 30 nəfərdən işə düzəlmək adı ilə külli miqdarda rüşvət aldığı və geri qaytarmadığı iddia olunur.

İddiaya görə Samirə Əkbərova Elnarə adlı labarantdan 5 min, Çiçək adlı labarantdan 4500, Uşaq Birliyinin rəhbəri Naibə xanımdan 6 min, psixoloq Aygündən 5 min 500, Aysel adlı işçidən 5 min, Nərmin adlı xanımdan 3 min, Gülər xanımdan 3 min, Mülayim xanımdan 3 min, Savad adlı xanımdan 4 min, İlahə xanımdan 2 min 500, Gözəl xanımdan 4 min, həyat yoldaşından isə 2 min manat işə düzəltmək adı ilə rüşvət alıb.

Direktora rüşvət verən şikayətçilər tərəfindən Abşeron Rayon Polis Şöbəsinə 60-a yaxın müraciət daxil olub. Məktəbdə baş verənlərlə bağlı Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma aparıb. 

Onu da qeyd edək ki, bu günlərdə Xezer telekanalında yayımlanan "Səhər mərkəzi" verilişinə canlı bağlantı ilə qoşulan Abşeron rayon Təhsil idarəsinin müdiri Nazilə Məmmədova faktı təsdiqləmişdi. O, bununla bağlı həm Təhsil Nazirliyinə, həm də şöbəyə şikayətlər daxil olduğunu və nazirlik tərəfindən araşdırma aparıldığını bildirmişdi.

Həmçinin araşdırmanın yekunlaşdığını və son qərarlarların veriləcəyini qeyd etmişdi. 

Samirə Əkbərova 2018-ci ildən direktor kimi fəaliyyət göstərir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO