Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar - VİDEO

Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar - VİDEO

Hazırda oxunan: Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar - VİDEO

216018

Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən restoranlardan birində maraqlı hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, dörd nəfərdən ibarət qrup 500 manatlıq hesabı ödəmədən restorandan çıxıb. Hadisə barədə bəzi kadrlar restoranın təhlükəsizlik kameralarına düşüb.
 

Məlumata görə, həmin şəxslər yalnız hesabı ödəməməklə kifayətlənməyiblar, həmçinin ofisiant vasitəsilə 80 manatlıq spirtli içki də aldırıblar.


Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO