Şəkidə dumanlı havada sürət həddinin aşılması qəzaya SƏBƏB OLUB

Şəkidə dumanlı havada sürət həddinin aşılması qəzaya SƏBƏB OLUB

Hazırda oxunan: Şəkidə dumanlı havada sürət həddinin aşılması qəzaya SƏBƏB OLUB

216007

Şəkidə avtomobil idarəetmədən çıxaraq qəza törədib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində, sərt döngədə baş verib.
 

İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil dərəyə aşıb. Qəzaya səbəb havanın çiskinli və dumanlı olması eləcə də avtomobilin sürət həddini aşması göstərilir.


Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO