2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyaların çox hissəsi tikinti-quraşdırma işlərinə sərf olunub.
Bizim.Media Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, doqquz ay ərzində əsas kapitala yönəlmiş investisiyaların 9193,0 milyon manatı, yəni 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,6 faiz azaldılıb. İstifadə olunmuş investisiyanın 6302,0 milyon manatı və ya 49,6 faizi məhsul istehsalı sahələrinə, 4743,8 milyon manatı (37,3 faizi) xidmət sahələrinə, 1665,3 milyon manatı (13,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 10578,7 milyon manatını və ya 83,2 faizini daxili investisiyalar təşkil edib.
Nuray, Bizim.Media