Şiddət təbliğ edən OYUNLAR – Valideynlər uşaqlarına necə nəzarət EDİRLƏR?

Şiddət təbliğ edən OYUNLAR – Valideynlər uşaqlarına necə nəzarət EDİRLƏR?

Hazırda oxunan: Şiddət təbliğ edən OYUNLAR – Valideynlər uşaqlarına necə nəzarət EDİRLƏR?

215963

Texnologiyanın inkişafı valideynlərin övladlarına nəzarəti çətinləşdirir.  Kiçik yaşlardan bəri uşaqları texnologiyaya öyrəşdirirlər. Böyüyəndə isə texnologiyadan ayıra bilmirlər. Nəinki texnologiyaya, valideynlər övladlarında nələrə nəzarət etməli olduqlarını çox zaman bilmirlər. Bunun da yarada biləcəyi səbəblər qaçılmaz olur.

Bəs valideynlər övladlarında nələrə nəzarət etməlidirlər?

Klinik psixoloq Nuriyyə Quliyeva Bizim.Media-ya bu barədə danışıb. Onun sözlərinə görə, gənclərin formalaşmasında valideynlərin rolu böyükdür.
 

MÖVZU İLƏ BAĞLI:

Valideynlərə XƏBƏRDARLIQ - "Planşetdən mütəmadi istifadə uşaqlarda aqressiyanı artırır"


“Valideynlər təkcə uşaqlarına olan münasibətlərə yox, həm də ailə üzvlərinin bir-biri ilə olan münasibətinə diqqət etməlidirlər. Ailənin gəncin psixologiyasında rolu çox böyükdür. Nəzərə alsaq ki, bizim aldığımız travmalar gənc yaşda yaşadığımız hadisələrlə bağlı olur. Travmaların kökü bizim uşaqlığımıza aiddir, amma gəncliyimiz həmin travmaların təzahürüdür”.

Şiddət təbliğ edən oyunlar

Psixoloq bildirir ki, ailələr övladlarının telefonda nə ilə vaxt keçirtdiklərinə diqqət etməlidirlər.

“Sadəcə ata ilə ananın uşağa münasibəti ona  təsir etmir. Həmçinin uşağın telefonda, televiziyada, planşetdə nəyi izlədiklərinə də diqqət etmək lazımdır. Texnologiyadan istifadə müddətinin çox olmaması üçün çalışmaq lazımdır. Valideynlərin uşaqlarını izlədiklərində əsas diqqət etməli olduqları məqamlar odur ki, övladları şiddətli oyunlara, cizgi filmlərinə baxmamalı, yaşlarına uyğun olmayan informasiyalara məruz qalmamalıdırlar.

Əgər uşaqlarda aqressiya, diqqətsizlik, qorxu hiss edirlərsə, mütləq bunu diqqətdə saxlamalıdırlar. Bununla bağlı tədbir görməyə çətinlik çəkirlərsə, mütləq peşəkar yardım almalıdırlar. Uşaqları təkcə maddi deyil, mənəvi olaraq da qidalandırmaq lazımdır. Valideynlər uşaqları ilə keyfiyyətli zaman keçirtməyi bacarmalıdırlar”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO