Qarabağ və Şərqi Zəngəzurda bu ərazilər icarəyə veriləcək

Qarabağ və Şərqi Zəngəzurda bu ərazilər icarəyə veriləcək

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda bu ərazilər icarəyə veriləcək

215932

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Bizim.Media xəbər verir ki, bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
 

Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO