Nömrəsiz avtomobil sürən şəxs dostu ilə birgə polisə HƏDƏ-QORXU GƏLDİ- FOTO

Nömrəsiz avtomobil sürən şəxs dostu ilə birgə polisə HƏDƏ-QORXU GƏLDİ- FOTO

Hazırda oxunan: Nömrəsiz avtomobil sürən şəxs dostu ilə birgə polisə HƏDƏ-QORXU GƏLDİ- FOTO

215930

Xaçmaz rayon sakini Təbriz Məhərrəmov “Azsamand” markalı avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etdityi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi də müəyyən olunduğundan, hər iki fakt üzrə qanunvericiliyə uyğun tədbir görülüb.
 

Lakin məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazidd əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Təbriz Məhərrəmov sonradan dostu ilə birgə posta gələrək avtomobili yandıracaqlarını, özlərinə xəsarət yetirəcəklərini bildirməklə süni gərginlik yaratmağa calışıb, onları intizama dəvət edən YPX əməkdaşlarına hədə-qorxu gələrək tabesizlik göstərib.


Hər iki şəxs saxlanılaraq aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.

"Baş Dövlət Yol Polisi İdarəsi törətdikləri hüquqazidd əməllərdən nəticə çıxarmaq əvəzinə aqressiv, qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir", məlumatda deyilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO