Azərbaycanda yük maşını ilə təhlükə saçan sürücü məsuliyyətə cəlb olundu - FOTO

Azərbaycanda yük maşını ilə təhlükə saçan sürücü məsuliyyətə cəlb olundu - FOTO

Hazırda oxunan: Azərbaycanda yük maşını ilə təhlükə saçan sürücü məsuliyyətə cəlb olundu - FOTO

215763

"Hərəkətdə olan yük avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasının əks olunduğu videogörüntü ilə bağlı sosial mediada yayılan məlumat Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırılıb".

Bizim.Media xəbər verir ki, bu barədə BDYPİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Məlumatda deyilir: "Məlum olub ki, həmin videogörüntü Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonunun Zərqava kəndi ərazisindən keçən 148-ci kilometrliyində digər sürücü tərəfindən qeydə alınıb.

Baş İdarənin YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə 77-JH-901 dövlət qeydiyyat nişanlı, "DAF" markalı yük avtomobili ilə sözügedən qayda pozuntusunu törədən Bakı şəhər sakini Mirzə Sabir oğlu Abdullayev müəyyən edilib və həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO