Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) başa çatıb.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sonuncu gün yekun müzakirələr aparılıb və ümumilikdə seminar təhlil olunub.
BQXK-nın əhəmiyyətli tədbirlərindən biri hesab olunan, 70-dən çox ölkədən yüksəkrütbəli zabitlərin iştirak etdiyi seminarın bağlanış mərasimində iştirakçılara sertifikatlar verilib.
Seminar hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək məqsədilə keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:41 / 12.10.2024
Müdafiə Nazirliyi və BQXK-nın yüksək səviyyəli seminari BAŞA ÇATDI - FOTO
Hazırda oxunan: Müdafiə Nazirliyi və BQXK-nın yüksək səviyyəli seminari BAŞA ÇATDI - FOTO
Hazırda oxunan: Müdafiə Nazirliyi və BQXK-nın yüksək səviyyəli seminari BAŞA ÇATDI - FOTO
215754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.