Vətən müharibəsinin 18-ci günündə 14 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Bundan başqa gecə və səhər saatlarında Ermənistan işğalçı qüvvələrinin 3 ədəd “Elbrus” raket qurğusunu raketlərlə birlikdə məhv edib. Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.
Bəs, oktyabrın 14-də dünyada daha hansı hadisələr baş verib?
1. 1743-ci ilin bu günündə Şirvanda üsyan başlayıb. Üsyançılar Ağsu şəhərini ələ keçirdiblər.
2. 1843-cü il oktyabrın 14-ündə Potsdamda “Yay gecəsi yuxusu” tamaşasında Feliks Mendelson Bartoldinin bu komediyaya yazdığı musiqi nömrələrindən biri – “Toy marşı” ilk dəfə səslənib.
1858-ci ildə Prussiya kralı IV Fridrix Vilhelmlə Böyük Britaniya şahzadəsi Viktoriya Adelgeyin toy mərasimində ifa olunduqdan sonra geniş yayılıb və dünyada şöhrət tapıb.
3. 14 oktyabr 1884-cü ildə Amerikalı biznesmen Jorj İstman fotolenti patentləşdirib.
4. 1905-ci ilin bu günündə Beynəlxalq Aeronavtika Federasiyasının əsası qoyulub.
5. 14 oktyabr 1913-cü ildə İngiltərənın Senqhenid rayonunda kömür mədəni qəzası baş verdi və 439 nəfər dünyasını dəyişdi.
6. 1924-cü il 14 oktyabrda Qırğızıstana SSRİ tərkibində muxtar respublika statusu verildi. 1936-cı ildə isə Qırğızıstan Sovet Sosialist Respublikası oldu.
7. 14 oktyabr 1933-cü ildə Adolf Hitler Cenova Tərksilah Konfransına qatılmayacağını və Almaniyanın Millətlər Cəmiyyətindən ayrılacağını bildirdi.
8. 14 oktyabr 1947-ci ildə ABŞ-ın test pilotu Çarlz Elvud Yeqer səs divarını aşan ilk adam sayıldı.
9. 1964-cü ilin 14 oktyabrında ABŞ-ıın qara dərili keşişi Martin Lüter Kinqə Nobel Sülh Mükafatı verildi.
10. 14 oktyabr 1968-ci ildə amerikalı idmançı Cim Hayns Meksikada keçirilən olimpiadalarda 100 metri 10 saniyədən az vaxta tamamlayan (9,95 s) ilk adam oldu. Rekord 15 il - 1983-cü ilə qədər qədər yenilənmədi.
11. 14 oktyabr 1981-ci ildə Ənvər Sədat sui-qəsd nəticəsində öldürülüncə yerinə Hüsnü Mübarək keçdi. O, 30 il Misirin prezidenti oldu.
12. 14 oktyabr 1993-cü ildə BMT Qarabağa dair 874 saylı qətnaməni qəbul etdi.
13. 2006-cı ilin 14 oktyabrında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
14. 14 oktyabr-Dünya Standartlaşdırma Günüdür. Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) yaranması haqqında qərar 1946-cı ildə Londonda 25 ölkədən 65 nümayəndə heyətinin iştirak etdiyi konfransda qəbul olunub.14 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 1092-ci ilin 14 oktyabrında Orta əsr Şərq dünyasının görkəmli siyasətçilərindən olan Nizamülmülk 73 yaşında qətlə yetirilib. Səlcuq dövlətində geniş cəsusluq şəbəkəsinin yaradılması Alp Aslan və Məlikşahın dövründə baş vəzir olan Nizamülmülkün adı ilə bağlıdır. Onun dövlət idarəçiliyindən bəhs edən məşhur “Siyasətnamə” əsəri ən dəyərli tarixi mənbələrdən biri sayılır (1019-1092).
2. 14 oktyabr məşhur rusiyalı fizik Abraam İoffenin xatirə günüdür. Alim ilk dəfə ion kristallarının elektrikkeçirmə mexanizmini izah edib (1880-1960).
3. XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan xalq şairi Məmməd Araz 1933-cü ilin bu günü anadan olub (1933-2004).
4. 14 oktyabr 1927-ci ildə İngilis aktyoru Rocer Mur anadan olub. “Agent 007” silsilə filmlərində Ceyms Bond rolunun ifaçısı kimi məşhurlaşıb: “Qızıl tapançalı adam”, “Səkkizayaq” və s.
5. 14 oktyabr Azərbaycanın tanınmış fırça ustası, xalq rəssamı Səttar Bəhlulzadənin xatirə günüdür. Müasir Azərbaycan rəssamlıq sənətində mənzərə janrının banilərindən biri kimi tanınan Səttar Bəhlulzadə yaradıcılığının ilk dövrlərində tarixi mövzular yer alır. Rəssam mənzərə janrında daha çox 50-ci illərdən başlayaraq çəkib. (1909-1974)
6. 14 oktyabr 1875-ci ildə tanınmış maarif xadimi, nasir Əlisgəndər Cəfərzadə (1875-1941) anadan olub.
7.14 oktyabr 1962-ci ildə Xalq artisti, aktyor Əli Qurbanov (20.6.1898 - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflisdə başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Qızmar günəş altında", "Qara daşlar", "Bir qalanın sirri" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
8. 14 oktyabr 1912-ci ildə heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Abdullayeva (1912-2007) anadan olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 14.10.2024
BİZİM TƏQVİM: 14 oktyabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 14 oktyabrda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 14 oktyabrda baş vermiş tarixi hadisələr
215734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.