Ölkədaxili sərnişin qatarlarında sürət həddi ENDİRİLDİ

Ölkədaxili sərnişin qatarlarında sürət həddi ENDİRİLDİ

Hazırda oxunan: Ölkədaxili sərnişin qatarlarında sürət həddi ENDİRİLDİ

215723

Azərbaycan Dəmir Yolları" QSC (ADY) regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiya ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

Bu barədə Bizim.Media-ya ADY-dən məlumat verilib.

“Hava ilə əlaqədar hazırda ərazidə infrastruktura baxış keçirilir. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunacaq.

Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO