Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq ÖLDÜRDÜ

Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq ÖLDÜRDÜ

Hazırda oxunan: Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq ÖLDÜRDÜ

215680

Gecə saatlarında Şəkinin Qoxmuq kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə məlumat vermişdik. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə 15 yaşlı piyadanı maşın vurdu - FOTO


Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Faktla bağlı cinayət işi başlanılıb.

Tural Rasim oğlu, Bizim.Media, Şimal- Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO