Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər" - VİDEO

Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər" - VİDEO

Hazırda oxunan: Hər iki valideynini itirən Nilayın nənəsi: "Dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər" - VİDEO

215656

Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dörd uşaq hər iki valideynini itirib.

Bizim.Media xəbər verir ki, onlardan biri 2020-ci il oktyabrın 11-də endirilən raket zərbəsi zamanı ata və anasını, eləcə də nənəsini şəhid verən Nilay Əliyevadır.

Nilayın nənəsi Sevil Babazadə doğmalarının yaşadığı həmin dəhşətli gecədən danışıb:

"Hücum zamanı Nilay bir yaş on aylıq idi, sərbəst danışa bilirdi. Şokdan ayılanda dedi ki, atam məni torpağın üstünə tulladı, sonra qaçıb qışqırdı. Ehtimal edirəm ki, atası Nilayı kənara qoyub qayıdanda bina çöküb və o, infarkt keçirib. Çünki Adil yaralanmamışdı, sadəcə kürəyində göyərmə var idi".

S.Babazadə nəvəsinə valideynlərinin həlak olduğunu söylədiyi zaman onun verdiyi reaksiyadan da söz açıb:

"Nilayla söhbət edəndə dedim ki, ata-ananı gözləmə, gəlməyəcəklər. Başını aşağı saldı. Daha sonra dedi ki, mən bunu onsuz da bilirdim, sadəcə sənin üzülməyini istəmirdim".

Daha ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO