Bakıda “KİA”nın vurduğu piyadanın üzərindən digər avtomobil keçdi - FOTO 

Bakıda “KİA”nın vurduğu piyadanın üzərindən digər avtomobil keçdi - FOTO 

Hazırda oxunan: Bakıda “KİA”nın vurduğu piyadanın üzərindən digər avtomobil keçdi - FOTO 

21563

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, Ramiz Quliyev küçəsi 10 ünvanında, təxminən 35-40 yaş aralığında naməlum kişi yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “KİA” markalı nəqliyyat vasitəsi vurub.

Zərbənin gücündən piyada yolun digər tərəfinə düşüb. Bu zaman onun üzərindən “Mercedes” markalı avtomobil keçib. Baş verən qəza nəticəsindən piyada hadisə yerində ölüb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şahidlər dindirilib. Hər iki sürücü isə polis idarəsinə aparılıb. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO