Bakı metrosunda qatarların hərəkətində LƏNGİMƏ OLUB

Bakı metrosunda qatarların hərəkətində LƏNGİMƏ OLUB

Hazırda oxunan: Bakı metrosunda qatarların hərəkətində LƏNGİMƏ OLUB

215624

"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.

Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO