Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı ALINDI

Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı ALINDI

Hazırda oxunan: Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı ALINDI

215622

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük zonasını tərk edərkən “Qırmızı kanala” yönləndirilib.

Gömrük nəzarəti zamanı həmin şəxsin gödəkçəsinin cibindən gömrük orqanına bəyan edilməyən 256 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO