Sarayda şagird məktəb binasından YIXILDI

Sarayda şagird məktəb binasından YIXILDI

Hazırda oxunan: Sarayda şagird məktəb binasından YIXILDI

215583

Abşeron rayonunda şagird məktəb binasından yıxılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb. 

Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. 

Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir. 

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə ikinci növbənin son dərsi bitdikdən sonra baş verib: 
 

“Hadisədən sonra dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və şagird xəstəxanaya yerləşdirilib. Abşeron-Xızı regional Təhsil İdarəsinin əməkdaşları və məktəb rəhbərliyi şagirdi xəstəxanada ziyarət edib.


Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, birgə araşdırmalar aparılır. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Məktəblinin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - məlumatda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO