Mağazada hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda maraqlı OLAY

Mağazada hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda maraqlı OLAY

Hazırda oxunan: Mağazada hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda maraqlı OLAY

215563

Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb. 

Bizim.Media ”qaynarinfo.az”a istinadla xəbər verir ki, həmin kənddə mağazadan "nisyə" məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb. 

Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub. 
 

Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar bildirib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib. 


Qeyd edək ki, hadisə bir neçə ay əvvəl baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO