Azərbaycanda “Ağıllı su” sistemləri QURULACAQ

Azərbaycanda “Ağıllı su” sistemləri QURULACAQ

Hazırda oxunan: Azərbaycanda “Ağıllı su” sistemləri QURULACAQ

215509

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Strategiyaya əsasən, ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq.

Bu məqsədlə 2024−2027-ci illər ərzində içməli su və suvarma suyu təchizatı, yağış sularının idarə olunması sistemlərinin qurulması, suvarılan və suvarılması mümkün əkin sahələrinin müəyyən olunması və elektron xəritələşdirilməsi, irriqasiya və meliorasiya sistemlərinin layihələrinin işlənilməsi, magistral və təsərrüfatlararası suvarma kanallarının bərpası və inşası nəzərdə tutulur.

Həmçinin məlumat bazası əsasında əkinəyararlı sahələrin elektron xəritələşdirilməsi, geniş miqyasda region üçün xas olan əkin növünün planlaşdırılması təmin olunacaq.

Nəticədə içməli su və suvarma suyu üzrə idarəetmə sistemi müasirləşdiriləcək, suvarılan və suvarılması mümkün əkin sahələrinin suya tələbatı tam ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO