Azərbaycanda “www.bakues.az” xəbər portalı fəaliyyətə başladı –FOTO/VİDEO

Azərbaycanda “www.bakues.az” xəbər portalı fəaliyyətə başladı –FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycanda “www.bakues.az” xəbər portalı fəaliyyətə başladı –FOTO/VİDEO

215503

Azərbaycan elektron media sahəsində www.bakues.az informasiya portalı fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, artıq bir neçə ildir ki, xəbər portalının “bakues” adı altında “İnstagram” və “Facebook” səhifələri, o cümlədən “Youtube” və “Telegram” kanalları mövcuddur. 

“Bakues.az” saytı operativ və maraqlı informasiyaları ilə izləyicilərin rəğbətini qazanmış eyniadlı sosial şəbəkə hesabları ilə sintez şəklində fəaliyyət göstərəcək.

Yeni saytın fəaliyyəti ilə bağlı portalın baş redaktoru Fikrət Məmmədov izləyicilərə videomüraciət edib.

Saytın baş redaktoru Fikrət Məmmədov Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Moskva Dövlət Linqvistika Universitetinin məzunu olub. Fikrət Məmmədov uzun illər AzTv-də rejissor, İctimai TV-də isə telekanalın Rusiya bölməsinin rəhbəri kimi fəaliyyət göstərib, bir sıra telelayihələri ilə tamaşaçıların rəğbətini qazanıb.

Qeyd edək ki, “www.bakues.az” informasiya portalının təsisçisi Azərbaycanda milyonluq izləyicisi olan sosial şəbəkə səhifələrinin qurucusu Nicat Sadıqovdur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO