Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov yenidən HAKİM QARŞISINDA

Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov yenidən HAKİM QARŞISINDA

Hazırda oxunan: Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov yenidən HAKİM QARŞISINDA

215472

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin məhkəməsi davam etdirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Fazil Qasımov vəkili Rövşanə Rəhimli və Telman Qasımov ilə danışmaq üçün fasilə istəyib.

Məhkəmə bu istəyi qəbul edərək qısa fasilə elan edib. Daha sonra F.Qasımov 17 vəsatətlə çıxış edib.

O, 16 iyul və 3 oktyabr 2023-cü ildə verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.

Həmçinin 31 iyul 2023-cü il tarixində onun və Anar Əliyevin verdiyi ifadənin linqvistik ekspertizada yoxlanılmasını da əlavə edib.

Bundan başqa Fazil Qasımov vəkilləri ilə görüşmək və cinayət işini oxuya bilmək üçün saxlanıldığı Bakı İstintaq Təcridxanasından icazə alınmasını da xahiş edib.

Təqsirləndirilən şəxs əlavə edib ki, məhkəməyə təqdim olunmuş sübutlara onun telefonunun və pasportunun nömrəsi əlavə edilsin və iddialarla bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərilsin:

"Mənim Londonda olmağımla bağlı və Qubad İbadoğlunun üzərində saxta pul aşkarlanması faktlarının araşdırılmasını istəyirəm".

Fazil Qasımov məhkəməyə şahid qismində çağırılması üçün Qubad İbadoğlunu, vəkillər Zibeydə Sadıqova və Şəhla Hümbətovanın məlumatlarını vəsatət şəklində təqdim edib.

Dövlət ittihamçısı vəsatətlərin əksəriyyətinin məhkəmə istintaqı və sənəd tədqiqi mərhələsində baxılması üçün təxirə salınmasını istəyib.

Məhkəmə yerində müşavirə edərək qərara alıb ki, Fazil Qasımovun vəkilləri ilə görüşmək və cinayət işi ilə yenidən tanış olmaq vəsatətləri qəbul edilsin. Digər vəsatətlər isə baxılmamış saxlanılsın.

Vaxtla əlaqədar məhkəmənin növbəti iclası 31 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO