Bakıda əmrə tabe olmayan sürücünü üç polis maşını saxladı - VİDEO

Bakıda əmrə tabe olmayan sürücünü üç polis maşını saxladı - VİDEO

Hazırda oxunan: Bakıda əmrə tabe olmayan sürücünü üç polis maşını saxladı - VİDEO

215469

Bakıda yol polisinin qanuni "saxla" əmrinə tabe olmayaraq avtomobili idarə edən sürücü üç polis maşınının köməyilə saxlanılıb.

Bizim.Media baku.ws-a istinadən xəbər verir ki, hadisə paytaxtın Azərbaycan prospektində qeydə alınıb.

"Saxla" əmrinə tabe olmayan sürücünü iki Dövlət Yol Polisi və bir Post Patrul Xidməti avtomobilinin vasitəsilə saxlamaq mümkün olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, BMW markalı, 10-RE-031 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Səxavət Talıbova yol hərəkəti qaydasını pozduğu üçün BDYPİ əməkdaşları tərəfindən saxla işarəsi verilib:

"Sürücü əmrə məhəl qoymayaraq hərəkəti davam etdirib. Yolda avtoxuliqanlıq hərəkətləri edib. Nəqliyyat vasitəsi saxlanılarkən məlum olub ki, sürücü sərxoş vəziyyətdə olub. Barəsində protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO