Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Azərbaycana qayıdıb.
Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla - Ula, Bolu - Gerede, Uşak - Eşme, Akhisar - Taşkuyucak, Balıkesir - Edremit, Manisa - Alaşehir, İzmir - Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa - Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib:
"Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb. Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:50 / 10.10.2024
Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO
Hazırda oxunan: Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO
Hazırda oxunan: Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO
215455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.