Bakının məşhur məktəbinə direktor TƏYİN EDİLDİ - FOTO

Bakının məşhur məktəbinə direktor TƏYİN EDİLDİ - FOTO

Hazırda oxunan: Bakının məşhur məktəbinə direktor TƏYİN EDİLDİ - FOTO

215439

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib.

Bizim.Media ”modern.az”a istinadən xəbər verir ki, bu vəzifəyə Aygün Mikayılova gətirilib.

Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Xatırladaq ki, məktəbin əvvəlki direktoru Sara Xanlarova bir müddət əvvəl çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO