Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində yol xətləri DƏYİŞDİRİLDİ

Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində yol xətləri DƏYİŞDİRİLDİ

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Heydər Əliyev prospektində yol xətləri DƏYİŞDİRİLDİ

215432

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb

Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.

Məlumata görə, Agentlik tərəfindən Bakının Heydər Əliyev prospektində 1 010 metrlik məsafədə qoşa xətt silinərək qırıq xətt ilə əvəz olunub, 8 məlumat lövhəsi quraşdırılır.

Bundan başqa, Bakı dairəvi yolunda (Zuğulba yolu) 2 500 metrlik üfüqi nişanlanma xətti çəkilib.

Həmçinin, paytaxtın Mətbuat prospektində üfüqi nişanlanma xətləri işləri görülüb. Həsən bəy Zərdabi və Əhməd bəy Ağaoğlu küçələrində, həmçinin Zivər bəy Əhmədbəyov və Cəfər Cabbarlı küçələrində ndə işanlanma xətləri yenilənir. Bakının İstiqlaliyyət küçəsində və 8 Noyabr, Xocalı prospektlərində də işlər davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO