Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq?

Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq?

Hazırda oxunan: Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq?

215425

Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı yayıb.

Onun sözlərinə görə, istilik mövsümü noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.

Həmin rayonlar aşağıdakılardır:

1. Daşkəsən;

2. Gədəbəy;

3. Xaçmaz;

4. Kəlbəcər;

5. Qəbələ;

6. Quba;

7. Qusar;

8. Laçın;

9. Lerik;

10. Şamaxı;

11. Siyəzən;

12. Şabran;

13. Şuşa;

14. Yardımlı.

E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var: "Orada yeddi qazanxanamız fəaliyyət göstərir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO