Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir

Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir

Hazırda oxunan: Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir

215421

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir.

İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edirlər.

İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, Laçın hava limanının inşası zamanı tikinti altına düşən meşə əraziləri ilə əvəzlənmiş sahədə yeni yaşıllıq massivinin salınması işləri barədə iclas iştirakçılarına məlumaat verilib, işğaldan azad edilmiş bölgələrdə bərk məişət tullantıları ila əlaqədar vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında kommunikasiyanın gücləndiniməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO