“Məişət zorakılığı çox ağır sosial bəladır və fəsadlarını istər ailədə, istərsə də cəmiyyətdə çox ağır şəkildə büruzə verir. Ona görə də dövlət və hüquq -mühafizə orqanlarının, eləcə də cəmiyyətin fəal maraq sferasına daxildir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda hakim və vəkillər üçün keçirilən təlimdə deyib.
O bildirib ki, məişət zorakılığı ilə bağlı növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik:
"Bu istiqamətdə əsas hüquqi baza "Məişət zorakılığı haqqında" qanundur. Cəmiyyətdən gələn çağırışlara açıq olmalıyıq və onları ümumiləşdirərək fəaliyyətimizin bir hissəsinə çevirməliyik".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 10.10.2024
Məişət zorakılığı ilə bağlı yeni fəaliyyət planı HAZIRLANACAQ – Bahar Muradova
Hazırda oxunan: Məişət zorakılığı ilə bağlı yeni fəaliyyət planı HAZIRLANACAQ – Bahar Muradova
Hazırda oxunan: Məişət zorakılığı ilə bağlı yeni fəaliyyət planı HAZIRLANACAQ – Bahar Muradova
215399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.