Xınalıqda 2026-cı ilə qədər 100 ev TİKİLƏCƏK

Xınalıqda 2026-cı ilə qədər 100 ev TİKİLƏCƏK

Hazırda oxunan: Xınalıqda 2026-cı ilə qədər 100 ev TİKİLƏCƏK

215319

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda 2020-ci ildə 60 evdə layihələndirmə işləri aparılıb. 2021-ci ildə 16 ev, sonrakı illərdə isə 26 ev təmir-bərpa olunaraq sakinlərə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi Elşən Ağalarov deyib.

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda son illərdə görülən işlərdən, icra olunan layihələrdən danışan şöbə rəisi bildirib ki, 2026-cı ilə qədər 100 evin tikintisi nəzərə tutulub. Bu il 15 evin layihələndirilməsini icra etmişik, tender işləri həll olunub və artıq işlərə başlanıb. Gələn il yəqin ki inşaat işləri üçün tender məsələləri həll olunar.

Tikinti zamanı qarşılaşdıqları problemlər və Xınalıqdakı şərait, işçi qüvvəsindən danışan Elşən Ağalarov qeyd edib ki, ərazinin tikinti qaydalarını, unikallığını ancaq yerli sakinlər icra edə bilirlər. Ona görə də tam işçi qüvvəsi yerli sakinlərdir:

“Ən çox problemimiz daşınma ilə bağlı qiymətin artmasıdır. Məsələn, Bakıdan aldığımız materialın Xınalığa gəlib çıxması üçün Bakı-Quba, Quba-Xınalıq, Xınalıq-Xınalıq marşrutu ilə gedəndə qiymətlər yüksəlir. Yollarda yüksəkliyə görə buraya ağır yük maşınları gələ bilmir. Maksimum səkkiz tonluq maşın gəlir, onun da qiymətini aşağı salmaq olmur. Qarşılaşdığımız digər problem hava şəraitdir. Yəni burada ən yaxşı halda maksimum beş ay işləmək olur. Məsələn, bu il iyunun 30-dək yağışlar tikintinin aparılmasına imkan verməyib. Ona görə də çətinlik oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO