Bakıda fəaliyyət göstərən avtobusların sayı AÇIQLANDI

Bakıda fəaliyyət göstərən avtobusların sayı AÇIQLANDI

Hazırda oxunan: Bakıda fəaliyyət göstərən avtobusların sayı AÇIQLANDI

215305

Bakı şəhərində hazırda 2100 avtobus var.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.

“Bu rəqəm heç olmasa 2800 olmalıdır ki, xidmət göstərən avtobus 2500 olsun. Yaxın zamanda paytaxta 160 elektrik avtobus gətiriləcək. Bu da çox kömək olacaq”, - deyə o qeyd edib.

İdarə Heyətinin sədri əlavə edib ki, metronun “Gənclik” stansiyasının yanında üç taksi dayanacağı qurulur: “Artıq duracaqların nəzərdə tutulduğu yerlərdə işlərə başlanılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO