Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO

Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO

Hazırda oxunan: Xınalıq yolundakı körpü niyə bərpa edilmir? – RƏSMİ AÇIQLAMA/FOTO

215260

İyul ayının 29-dan uçan, Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən körpü hələ də bərpa edilməyib. Bu vəziyyət sakinlərin narazılığına səbəb olub.

Bizim.Media-nın yerli bürosuna müraciət edən sakinlər bu körpünün onlar üçün əlverişli olduğunu, yeni körpünün inşasının vacibliyini qeyd edirlər.

 

MÖVZU İLƏ BAĞLI:

Xınalıq yolunda güclü selin dağıtdığı körpü nə vaxt bərpa ediləcək? – VİDEO


Məlumat üçün bildirək ki, Xınalıq və əks istiqamətə nəqliyyat vasitələri alternativ yol kimi Quba-Susay-Xınalıq avtomobil yolundan istifadə edirlər. Üstəlik uçan körpünün yaxınlığından Əlik çayının içindən müvəqqəti yol da salınıb. Amma bu sakinləri qane etmir. Onlar bildirirlər ki, digər alternativ yol uzaq olduğu üçün əlverişli deyil.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, Quba-Xınalıq yolunun 42-ci km-də uçmuş körpüyə baxış keçirilib, layihə-smeta sənədləri hazırlanıb. Maliyyə vəsaiti ayrılan kimi körpünün inşasına hazırlanacaq.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO