Azərbaycanlı politoloqun “Xarı bülbül” festivalı ilə bağlı məqaləsi 9 ölkədə yayımlandı

Azərbaycanlı politoloqun “Xarı bülbül” festivalı ilə bağlı məqaləsi 9 ölkədə yayımlandı

Hazırda oxunan: Azərbaycanlı politoloqun “Xarı bülbül” festivalı ilə bağlı məqaləsi 9 ölkədə yayımlandı

21525

May ayının 12-də Cənab Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən və Qafqazın Konservatoriyası hesab edilən Şuşa şəhərində “Xarı bülbül” musiqi festivalının açılışı olub. 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Arzu Əliyevalar iştirak ediblər.

Mərasimdə Prezident İlham Əliyev nitq söyləyərək Azərbaycan xalqını bir daha “Xarı bülbül” festivalı və ümumiyyətlə 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə təbrik edib. 

Daha sonra festival Azərbaycan milli musiqisinin məşhur ustalarının, eləcə də Azərbaycanda yaşayan millətlərin və etnik qrupların folklor qruplarının çıxışları ilə davam edib. 
 

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı Azərbaycanın yaradıcı ziyalı nümayəndələri, yazıçılar, bəstəkarlar, jurnalistlər, habelə Şuşada vəzifə borcunu yerinə yetirən Azərbaycanın rəşadətli ordusunun hərbi qulluqçuları da iştirak ediblər.


Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, “Xarı bülbül” festivalının keçirilməsi ilə bağlı ispandilli mətbuata müsahibə verən politoloq Ceyhun Osmanlı 12-13 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşanın əsrarəngiz Cıdır düzündə “Xarı bülbül” musiqi festivalının təşkil edilməsini ölkəmiz və millətimiz adına böyük tarix gün və hadisə kimi qiymətləndirib.

“Xarı bülbül” Beynəlxalq festivalının yaranma tarixinə nəzər salan Ceyhun Osmanlı bu festivalın məşhur Azərbaycan xanəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başladığını və hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi bir çox ölkələrin və keçmiş Sovet İttifaqına üzv olan respublikaların iştirakı ilə keçirildiyini və sadəcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunduğunu qeyd edib. 

Lakin mənfur qonşumuz Ermənistanın Azərbaycana qarşı qaldırdığı qanunsuz torpaq iddialarının nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin 1991-ci ildə Sovet imperiyası dağıldıqdan sonra iki Cənubi Qafqaz ölkəsi arasında müharibəyə çevrilməsi nəticəsində Azərbaycanın digər tarixi torpaqları ilə yanaşı Şuşa şəhəri də erməni təcavüzünün qurbanı olub.

Belə ki, 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğal edilməsi nəticəsində “Xarı bülbül” festivalının da keçirilməsi də mümkün olmayıb.

Erməni işğalına diqqət çəkən Ceyhun Osmanlı sonuncu “Xarı bülbül” festivalının 1992-ci ilin mayında Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğal edilməmişdən bir neçə gün öncə keçirildiyini bildirib.

Lakin 27 sentyabr 2020-ci il tarixindən başlayaraq 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanın işğal altında olan digər torpaqları ilə yanaşı Şuşa şəhərinin də Azərbaycanın rəşadətli ordusu tərəfindən erməni işğalından azad edilməsi nəticəsində ‘əsir olan’ Xarı bülbül öz azadlığına və vətəninə qovuşub və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edildikdən sonra Vaqif Poeziya günləri və “Xarı bülbül” festivalı da bərpa olunub. 
 

Ceyhun Osmanlı onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib.


Onun sözlərinə görə ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycan Respublikasının millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğunu və hər bir vətəndaşın bu torpaq uğrunda yaşayıb yaratdığı ideyasını çatdırıb. 

“Azərbaycanın tarixi şəhəri olan Şuşadakı mədəni irs nümunələri işğaldan azad olunmuş digər ərazilərdəki bir çox tarixi-mədəni irs nümunələri ilə yanaşı dünya mədəni irsinin zərif və əvəzolunmaz nümunələrindəndir.

30 illik işğal müddətində erməni vandalları bu abidələrin bir çoxuna ciddi ziyan vursalar da Şuşa şəhərindən Azərbaycan millətinin və mədəniyyətinin ruhunu silə bilməmişlər” - deyə Ceyhun Osmanlı öz müsahibəsində bildirib.

Ceyhun Osmanlı onu da qeyd edib ki, “Dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festivalların adları ilə bağlıdır. Məhz bu istiqamətdə yalnız /Şuşada yetişən “Xarı bülbül” gülünün adı ilə bağlı musiqi festivalı bir çox mədəniyyət adamlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsi idi.”

Müsahibənin sonunda politoloq Ceyhun Osmanlı ı Cənab Prezident İlham Əliyevin festivalda dediyi sözlərini bir daha ispandilli cəmiyyətə çatdırıb, - “44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı.
 

44 günlük müharibə bizim şanlı tariximizdir. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır!”.


Qeyd: Ceyhun Osmanlı 4-cü çağırış Milli Məclisin deputatıdır. Azərbaycanda İRƏLİ, ASAİF kimi bir çox aparıcı gənclər təşkilatlarının həmtəsisçisidir. Avropa Şurası, Avronest Parlament Assambleyası, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun müxtəlif strukturlarında təmsil olunub

Yaşıllar Hərəkatını təsis etməklə Yaşıl enerji, Yaşıl iqtisadiyyat kimi layihələrin təşviqi ilə məşğuldur. Təhlilçi, beynəlxalq münasibətlər üzrə ekspertdir. Ardıcıl olaraq dünya mediasında məqalələri dərc edilir.

"Xarıbülbül" festivalı ilə bağlı dərc edilən məqalələrin linkləri:

İspaniya 

Jeyhun Osmanli: “Xaribülbül ha vuelto a la libertad”

Jeyhun Osmanli: “Xarıbülbül” recuperó su libertad”.


Meksika

Jeyhun Osmanli: “Xarıbülbül” recuperó su libertad”.

Jeyhun Osmanli: “Xarıbülbül” recuperó su libertad”.

Jeyhun Osmanli: «Xarıbülbül» recuperó su libertad».

ABŞ

Jeyhun Osmanli: “Xaribülbül ha vuelto a la libertad”

Paraqvay

JEYHUN OSMANLI: “XARIBÜLBÜL” RECUPERÓ SU LIBERTAD”

Braziliya

JEYHUN OSMANLI: “XARIBÜLBÜL” RECUPEROU SUA LIBERDADE “.

Kolumbiya

Jeyhun Osmanli: “Xarıbülbül” recuperó su libertad” con condiciones de amistad, hermandad y solidaridad

Kosta Rika

JEYHUN OSMANLI: “XARIBÜLBÜL” RECUPERÓ SU LIBERTAD”

Qvatemala

JEYHUN OSMANLI: “XARIBÜLBÜL” RECUPERÓ SU LIBERTAD”

Argentina

Jeyhun Osmanli: “Xarıbülbül” recuperó su libertad”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO