Oktyabrın 9-da Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günüdür.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Elm və Təhsil Nazirliyi yayıb.
Xatırladaq ki, oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəb istifadəyə verilib. Məktəbdə ilkin mərhələdə 122 şagird təhsil alacaq, ilin sonunda şagirdlərin sayı 400-ə çatacaq.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlovun sözlərinə görə, təhsil müəssisəsi 960 şagird üçün nəzərdə tutulub: "Məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var".
Bizim.Media