Şuşada İslam Dünyası İrs Komitəsinin iclası başladı - FOTO

Şuşada İslam Dünyası İrs Komitəsinin iclası başladı - FOTO

Hazırda oxunan: Şuşada İslam Dünyası İrs Komitəsinin iclası başladı - FOTO

215226

İslam Dünyasının Mədəniyyət paytaxtı Şuşada ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, tədbirdə iştirak üçün Şuşaya gələn qonaqlar üçün öncə mədəni irs yerlərinə ekskursiya təşkil edilib.

8 oktyabr tarixində öz işinə başlayan sessiyada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək qonaqları Şuşada salamlayıb və komitənin işinə uğurlar arzulayıb. Daha sonra ICESCO Baş direktoru Salim Muhamed əl-Malikin tədbir iştirakçılarına müraciəti oxunub.

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın açılış nitqində Azərbaycanın mədəni irsi və bu irsin qorunması naminə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib. Ölkəmizin zəngin tarixi-mədəni irsində Qarabağ irsinin xüsusi yer tutduğunu deyən S.Yusifova, işğal dövründə dağıdılmış abidələrə dair statistik məlumatları paylaşaraq mədəni mühitin və irsin canlandırılması üçün hazırda davam edən bərpa-quruculuq işləri haqqında danışıb.
 

Bununla yanaşı, təbii irsin qorunmasının vacibliyini vurğulayan nazir müavini Mədəniyyət Nazirliyinin COP29 çərçivəsində planlaşdırdığı beynəlxalq tədbirlər və yeni təşəbbüslər haqda məlumat verib.


Açılış sessiyasında daha sonra çıxış edən Komitənin sədri, Səudiyyə Ərəbistanı təmsilçisi Alayidarus Muhammed yüksək səviyyədə təşkilatçılığa görə ev sahibi Azərbaycana təşəkkürünü bildirib və sessiyanın gündəliyi barədə məlumat verib.

Açılış sessiyasının sonunda Şuşa Qoruğuna həsr olunmuş xüsusi təqdimat izlənilib. Açılış sessiyasının sonunda Komitə üzvləri xatirə fotosu çəkdiriblər.

Fasilədən sonra keçirilən Birinci sessiyada İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro tərəfindən Mərkəzin konsepsiyası, növbəti iki ili əhatə edən prioritetləri təqdim edilib. Təqdimata dair Azərbaycan, Burkino Faso, Qətər, Fələstin və digər ölkələrin təklifləri müzakirə edilib.

Ekspertlər şurasında ölkəmizi təmsil edən Rizvan Bayramovun çıxışında Komitə tərəfindən İslam ölkələrində mövcud olan qeyri-islam irsi, eləcə də, qeyri-islam ölkələrində mövcud İslam irsinin müvafiq siyahıyaalma mexanizmləri üzrə işin təkmilləşdirilməsi təklif edilib.

İkinci sessiyada 2024-cü ildə həyata keçirilmiş layihələr üzrə hesabatlara baxılıb, Komitə üzvlərinin təklifləri müzakirə edilib.

Sessiya öz işini sabah davam etdirəcək.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO