Gecə saatlarında Oğuzun Padar kəndi ərazisində ağır qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində “Fiat” və "Mitsubishi" markalı avtomobillər toqquşub.
Zərbənin gücündən "Fiat" markalı avtomobil yoldan çıxaraq yarğana düşüb.
Hadisə yerinin ilkin tədqiqindən sonra məlum olub ki, “Fiat”ın sürücüsü qəza şəraiti yaradıb. Nəticədə “Fiat”ın sürücüsü, rayon sakini Vüqar Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin köməyi ilə yaralı sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada ona ilkin tibbi yardım göstəriləndən sonra həkimlərin rəyi əsasında O, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
V. Hacıyevin müalicəsi hazırda davam etdirilir. Həkimlər vəziyyətinin orta-ağır olduğunu bildirib. Baş vermis yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu