Oğuzda iki avtomobil toqquşub, Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşı xəsarət alıb - FOTO

Oğuzda iki avtomobil toqquşub, Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşı xəsarət alıb - FOTO

Hazırda oxunan: Oğuzda iki avtomobil toqquşub, Təcili Tibbi Yardım Şöbəsinin əməkdaşı xəsarət alıb - FOTO

215210

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobilləri toqquşub. Nəticədə "Fiat" markalı avtomobilin sürücüsü Vüqar Hüseyn oğlu Hacıyev xəsarət alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alan Vüqar Hacıyev Oğuz Rayon Təcili Tibbi Yardım Şöbəsində çalışır. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO