Bu gün saat 20:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in Cəlilabadda baş verən yol qəzası ilə bağlı açıqlamasında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda avtomobil körpüdən çaya düşüb - FOTO/VİDEO
“Onlardan 1962-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alın nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin sol yarısının küt travması, sağ əlin sıyrılmış yarası, 1973-cü il təvəllüdlü (qadın cinsli) şəxsə isə üzün küt travması, üst dodağın cırılmış yarası, sağ bazunun, saidin küt travması və qançırı diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir”, - məlumatda qeyd edilib.
Bizim.Media