Süni mayalanmanın yaratdığı PROBLEM - Bioloji ata olmayanlar aliment ödəməlidir?

Süni mayalanmanın yaratdığı PROBLEM - Bioloji ata olmayanlar aliment ödəməlidir?

Hazırda oxunan: Süni mayalanmanın yaratdığı PROBLEM - Bioloji ata olmayanlar aliment ödəməlidir?

215147

İndi süni mayalanmaya tələbatın geniş yayıldığı dövrdür. Bu da özü ilə birgə müxtəlif problemlərə səbəb olur. Əsasən də donorla süni mayalanma nəticəsində övlad sahibi olan ailələrdə zaman keçdikcə münaqişələr baş qaldırmağa başlayır.

Bioloji ata olmadığını öyrənib boşanmaq istəyənlər...
 

MÖVZU İLƏ BAĞLI:

Süni mayalanmada donor BAŞQA KİŞİLƏR olur? – Məşhur həkimdən iddialara CAVAB


Donorla süni mayalanma edərkən cütlüklərin hər ikisinin razılığı olmalıdır. Əgər hansınınsa razılığı olmursa, xəstəxana süni mayalanma edə bilməz. Sosial mediada yayılan bir məhkəmə münaqişəsinə görə, kişi süni mayalanma nəticəsində doğulan övladının bioloji atası olmadığını öyrənir və illərdir bu yalanla yaşadığına görə, boşanmaq üçün məhkəməyə müraciət edir. 

İddia edir ki, həyat yoldaşı onun razılığını almadan bunu edib və gizlədib. Bunu öyrənən kişi uşağa aliment verməkdən də imtina edib. Amma məhkəmə bu tələbi rədd edib və onun razılığı olmadan xəstəxananın belə bir addım ata bilməyəcəyini bildirib. Həmçinin qeyd olunub ki, kişi donorla süni mayalanma nəticəsində övlad sahibi olduğunu bilmədiyini, aldadıldığını sübut etməlidir. Nəticədə kişi aliment ödəməyə məcbur olub. 

Bioloji ata olmasa da aliment ödəməlidir?

Vəkil Ruslan Vəliyev Bizim.Media-ya bu məsələnin hüquqi tərəflərini izah edib. O, deyib ki,  istənilən halda süni mayalanmada ərin və arvadın razılığı alınır:

“Uşaq doğulandan sonra isə ona şəhadətnamə verilir, orada ata kimi ər qeyd olunur. Bu səbəbdən də ər bioloji ata olmasa da, uşağına aliment ödəməlidir”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO