SON DƏQİQƏ: ASAN İmza sistemində problem yarandı

SON DƏQİQƏ: ASAN İmza sistemində problem yarandı

Hazırda oxunan: SON DƏQİQƏ: ASAN İmza sistemində problem yarandı

215138

ASAN İmza-nın işində problem yaranıb. Belə ki, ASAN İmzanı təsdiqlətmək istəyən vətəndaşlar səhər saatlarından etibarən ASAN Xidmət mərkəzlərində gözləsələr də, sistemin işləməməsi səbəbindən öz problemlərini həll edə bilmirlər.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, problem ASAN İmza ilə FİN-i inteqrasiya edən proqramda yaranıb.

Qeyd edək ki, sözügedən sistem Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən idarə olunur.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etsək də, sorğumuza cavab verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO