Emin Əmrullayev: "Elmi dərəcəsi olan şəxslərin hamısı əsl alim deyil"

Emin Əmrullayev: "Elmi dərəcəsi olan şəxslərin hamısı əsl alim deyil"

Hazırda oxunan: Emin Əmrullayev: "Elmi dərəcəsi olan şəxslərin hamısı əsl alim deyil"

215109

"Dünyada fəlsəfə doktoru (phd) elmi dərəcəsi olan şəxslərin hamısı əsl alim deyil".

Bizim.Media xəbər verir ki, bunu Bakıda "Tərəfdaşlıqdan Tərəqqiyə" şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı deyib.
 

"Biz belə elmi dərəcəsi olanlara - "siz alim deyilsiniz", - deməkdən qorxmalı deyilik. Alimin elmi tədqiqatı olmalıdır", - deyə nazir qeyd edib.


O bildirib ki, bu aydan başlayaraq 100-dən artıq alimə mükafatlar veriləcək:

"Bu hələ başlanğıcdır və davam edəcək".

Qeyd edək ki, mükafatlar 700 manatdan 1000 manatadək nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO