Rasim Məmmədov haqda SON QƏRAR verildi

Rasim Məmmədov haqda SON QƏRAR verildi

Hazırda oxunan: Rasim Məmmədov haqda SON QƏRAR verildi

215079

“Baku Steel Company”nin 13 il 9 ay azadlıqdan məhrum edilmiş keçmiş rəhbəri Rasim Məmmədovun kassasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.

Məhkəmə R.Məmmədovla bağlı əvvəlki qərarda qanun pozuntuları aşkar etməyib. Qərara əsasən, şikayət təmin edilməyib. 

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib.
 

14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.


Bir ay əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO