Laçın rayonu haqda Vikipediyada özbək dilində BÖLMƏ - FOTO

Laçın rayonu haqda Vikipediyada özbək dilində BÖLMƏ - FOTO

Hazırda oxunan: Laçın rayonu haqda Vikipediyada özbək dilində BÖLMƏ - FOTO

21503

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Vikipediyada Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Laçın rayonu haqqında özbək dilində yeni bölmə istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bölmədə 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonunun 28 ildən sonra - Vətən müharibəsi nəticəsində imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də işğaldan azad edildiyi vurğulanır.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın rayonu ilk dəfədir mayın 18-ni azad qarşılayır


Qeyd olunur ki, işğaldan əvvəl rayonda 217 mədəniyyət, 142 tibb müəssisəsi, 133 idarə və təşkilat, 100 orta məktəb, 5 məktəbəqədər təhsil müəssisəsi, 5 musiqi məktəbi, 1 internat məktəb, 1 orta təhsilli peşə məktəbi, 1 texniki məktəb, 1 rabitə evi və s. fəaliyyət göstərib. Ermənistanın işğalı nəticəsində bu müəssisələr dağıdılıb və məhv edilib.

Bölmədə bölgənin tarixi, mədəni və memarlıq abidələrinə də diqqət yetirilir, onların siyahısı verilir. 1992-ci ildə Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra tarixi, mədəni və dini abidələrin çoxunun məhv edildiyi vurğulanır.

Həmçinin Laçında bir sıra faydalı su mənbələrinin olduğu, rayonun 20-dən çox şəfalı mineral su ehtiyatlarına malik olması da bölmədə əksini tapıb.

Burada, həmçinin Laçın rayonunda yerləşən İstisu, habelə Azərbaycan xristian irsinə aid alban abidəsi olan Ağoğlan monastırı haqqında maraqlı məlumatlar yer alıb. Eyni zamanda, Hocazsu çayının sağ qolunun sahilindəki Ağbulaq kəndi haqqında məlumatlara da yer verilib. (Azərtac)

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO