"Temu"dan sifarişlərdə problem yarandıqda hara müraciət edilməlidir?

"Temu"dan sifarişlərdə problem yarandıqda hara müraciət edilməlidir?

Hazırda oxunan: "Temu"dan sifarişlərdə problem yarandıqda hara müraciət edilməlidir?

214995

Temu” onlayn ticarət platformasına dünyada maraq artmaqdadır. Azərbaycanda da müştəriləri çoxalmağa başlayır. Birbaşa çatdırılma ilə alıcılar istədikləri məhsulu sifariş verə bilirlər. “Trendyol” sifarişlərində birbaşa çatdırılma zamanı istehlakçılar bəzən müəyyən problemlərlə qarşılaşırlar.

Maraqlıdır, “Temu”dan sifariş edilən məhsullarda problem yaşandıqda istehlakçılar hara müraciət edə bilərlər?

Bizim.Media xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov demokrat.az-a bildirib ki, onlayn ticarətin əhatəsi genişləndikcə, şikayətlər də artacaq:

“Onlayn ticarət istehlakçılardan uzaq məsafədə fəaliyyət olduğu üçün və əlaqə elektron poçt, telefon vasitəsilə saxlanıldığına görə istehlakçıların aldadılması halları daha çox olur. Belə hallarda istehlakçılar İqtisadiyyat Nazirliyi yanınd Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər. Təəssüf ki, ölkədə istehlakçı siyasəti çox bərbad gündədir.

Təsadüfi deyil ki, adını çəkdiyim qurum bir müddət öncə nazirliyin tabeliyindən çıxarıldı və Prezident yanında bir quruma çevrildi. Düşünürəm ki, onlayn ticarətin inkişaf etdiyi bir vaxtda bu qurum daha fəal işləyəcək və bu sahədə problemləri həll edəcək. İstehlakçılar Azad İstehlakçılar Birliyinə də yazılı ərizə ilə müraciət edə bilərlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO