Ölkəmizdə təhsil alan əcnəbilər “Azərbaycan dili”ndən imtahan VERİRLƏRMİ? – Rəsmi AÇIQLAMA

Ölkəmizdə təhsil alan əcnəbilər “Azərbaycan dili”ndən imtahan VERİRLƏRMİ? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Ölkəmizdə təhsil alan əcnəbilər “Azərbaycan dili”ndən imtahan VERİRLƏRMİ? – Rəsmi AÇIQLAMA

214976

Bu gün ölkəmizdən kənarda təhsil alan azərbaycanlı tələbələrin sayı 45 min nəfərdən çoxdur.

Məlumata görə, onların 25 minə qədəri təkcə qardaş Türkiyədə təhsil alır. Xarici ölkələrdə təhsil almağa gedənlər əsasən 3 kateqoriya - Azərbaycanda keçirilən qəbul imtahanlarında bal toplaya bilməyib attestat ilə xarici ölkələrdə alanlar;  SAT, İELTS, TOEFL İBM kimi müxtəlif beynəlxalq imtahan nəticəsi ilə gedənlər və dövlət proqramı və ya dövlətlərarası proqramlar, ölkələrin özlərinin elan etdiyi təqaüd proqramıları (Scholarship) ilə gedənlər üzrədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda təhsil alan xarici tələbələrdən dil sertifikatı TƏLƏB OLUNUR?


Maraqlıdır, bəs Azərbaycanda nə qədər əcnəbi təhsil alır? 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023-2024-cü tədris ilində Azərbaycanda 10 minədək əcnəbi tələbə təhsil alıb:

“Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayına görə ilk 5-likdə Türkiyə, İran, Gürcüstan, Rusiya və Pakistan vətəndaşları qərarlaşıb. Əcnəbi tələbələrin təhsil aldığı universitetlərin ilk beşliyində isə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti qərarlaşıb. Üstünlük tibb, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, səhiyyə, rifah və xidmət ixtisas qrupları üzrə dəyişilir. Tələbələrin sayında ötən ilə nisbətdə 11% artım qeydə alınıb”.

Azərbaycanda universitetə qəbul olan əcnəbilər "Azərbaycan dili"ndən imtahan verirlərmi?

Qurumdan sualımıza cavab olaraq bildirilib ki, əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların qəbulu rəsmiləşdirilir.

Qeyd edək ki, 2022 və 2026-cı illər ərzində prezidentin sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyyəsində təhsil almaq üçün xaricə göndərilir. Tələbələrin seçimini müvafiq komissiya aparır. Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçirilir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO