Tanınmış həkimin paraşütlə uçarkən faciəli şəkildə ölməsinin DETALLARI – FOTO

Tanınmış həkimin paraşütlə uçarkən faciəli şəkildə ölməsinin DETALLARI – FOTO

Hazırda oxunan: Tanınmış həkimin paraşütlə uçarkən faciəli şəkildə ölməsinin DETALLARI – FOTO

214960

Dünən Quba rayonunda 38 yaşlı həkim Şamo Mehdiyevin yamac paraşütü ilə uçarkən faciəli şəkildə ölməsinin bəzi detalları üzə çıxıb. 

Bizim.Media "qafqazinfo.az"a istinadən xəbər verir ki, hadisə saat 17 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda FACİƏ: Paraşütçü yerə çırpılaraq HƏLAK OLDU


Laçın rayon sakini olan Şamo paraşütlə enərkən iplər bir-birinə dolaşıb. Nəticədə həvəskar idmançı təxminən 10-15 metr hündürlükdən yerə sərt şəkildə düşüb və onun ayaqları qırılıb. 

Ş.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, Ş.Mehdiyevin xəsarəti ölümcül olmayıb, lakin o, travmatik şoka düşüb və bu səbəbdən vəfat edib. 

Qeyd edək ki, Ş.Mehdiyev stomatoloq olub və həvəskar şəkildə yamac paraşütçülüyü ilə məşğul olurmuş. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO